Xarici elmi müəssisələrdən əldə olunan dekorativ bitki növlərinin toxumları “Dendrologiya Bağı” PHŞ-nin tədqiqat sahələrinə introduksiya edilib
Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Dendrologiya Bağı” publik hüquqi şəxsin (PHŞ) “Landşaft memarlığı və sistematika” laboratoriyasının əməkdaşları tərəfindən S.M.Kirov adına Sankt-Peterburq Dövlət Meşə-Texniki Universitetindən - Lupinus albus L., Aster amellus L., Dahlia pinnata Cav., Kanadanın The University Of British Columbia (UBC) Botanical Garden Universitetindən - Cypella coelestis (Lehm.) Diels, Fritillaria affinis (Schult.) Sealy, Lilium kelleyanum Lemmon, Türkiyənin Ankara Universitetindən - Callistephus chinensis (L.) Nees ‘Red Tower’, Callistephus chinensis (L.) Nees “Princess”, Viola mirabilis L., Iris albicans Lange, Mirabilis jalapa L., Rosa (Rambling Roses), Aquilegia “McKana Hybrids”, Alyssum Aphrodite L., Felicia amelloides (L.) Voss, Gaillardia × grandiflora “Kobold”, Cosmos bipinnatus Cav., Campanula medium L., Syringa reflexa C.K.Schneid., Fuchsia regia (Vell.) Munz, Cosmos bipinnatus Cav., Thymus vulgaris L., Alcea rosea L., Rosa rubiginosa L., Phlox paniculata L. növlərinin toxumları tədarük edilib və tədqiqat sahələrinə introduksiya olunub.
Növlərin bioekoloji xüsusiyyətləri araşdırılıb, toxumlar münbit torpaq qarışığında əkilərək yeni iqlim şəraitində adaptasiya imkanlarının tədqiqinə başlanılıb. İntroduksiya olunan bitkilərin gələcəkdə kolleksiyaların zənginləşdirilməsi, dekorativ xüsusiyyətlərinin qiymətləndirilməsi və landşaft memarlığında geniş tətbiqi planlaşdırılır.
Bu məqsədlə, Lupinus albus L. növünün arxa plan və şaquli vurğu yaradan qrup əkinlərində, Aster amellus L. növünün bordür və yarımdairəvi kompozisiyalarda, Dahlia pinnata Cav. növünün isə mərkəzi vurğu yaradan dekorativ qrup və dairəvi əkinlərdə istifadəsi nəzərdə tutulur.